Azərbaycan və Çin su ehtiyatlarını müzakirə ediblər
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib
Azərbaycan və Çin arasında mineral resurslar və su ehtiyatlarının idarə edilməsi müzakirə olunub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə görüşümüzdə Azərbaycan-Çin yaşıl enerji məkdaşlığının prioritet istiqamətlərini və birgə təşəbbüslərin perspektivlərini vurğuladıq. Günəş və külək elektrik stansiyalarının inşası çərçivəsində görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, enerji, mineral resurslar və su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib.
1 dəqiqədən az