XƏBƏRLƏR / Biznes

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir

İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.

    Tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.

    İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.

    Forum çərçivəsində “Made in Azerbaijan” sərgisi də təşkil olunacaq.