XƏBƏRLƏR / Biznes

“Christian Dior" Azərbaycanda şirkətini ləğv etdi

Bu barədə Dövlət Vergi Xidməti xəbər verir

“Christian Dior" Azərbaycanda şirkətini ləğv etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məhşur geyim və moda brendi “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

    Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.

    Məlumata görə, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 105 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.