XƏBƏRLƏR / Biznes

Türkiyə banklarında Rusiya şirkətləri sıxışdırılıb çıxarılır

Bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov bildirib

Türkiyə banklarında Rusiya şirkətləri sıxışdırılıb çıxarılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov bildirib ki, Rusiya ilə Türkiyə arasında qarşılıqlı hesablaşmalarda problemlər qalmaqdadır.


    Onun sözlərinə görə, Türkiyə banklarında Rusiyaya tranzit malların daşınması ilə məşğul olan şirkətlərin “sıxılması” hallarına daha çox rast gəlinir. Diplomat bildirib ki, belə müştərilərin köçürmələri və ya hesabları tamamilə bağlanıb.

    Söhbət hansı banklardan getdiyini dəqiqləşdirməyib. “Xarici iqtisadi fəaliyyətlərində bu cür problemlərlə üzləşən Rusiyanın biznes qurumları birbaşa bizim ticarət nümayəndəliyimizlə əlaqə saxlaya bilər və biz onlara, necə deyərlər, fərdi şəkildə kömək etməyə çalışacağıq”, - deyə Erxov bildirib.

    2023-cü ilin dekabrında ABŞ bank sektorunda ikinci dərəcəli sanksiyaların tətbiq olunduğunu elan edib. Bundan sonra Türkiyə bankları Rusiya hüquqi şəxslərinin hesablarını bağlamağa başlayıb və rubl hesablarının açılması ilə bağlı tələbləri sərtləşdirib.

    2024-cü ilin mayında məlum oldu ki, Türkiyənin ən böyük banklarından biri olan Denizbank ruslar üçün şərtləri sərtləşdirib: o, Rusiya pasportu ilə müraciət edənlər üçün yeni hesabların açılmasını praktiki olaraq dayandırıb. Avqustun sonunda Türkiyənin dövlət bankı Ziraat rublla hesabların açılmasını dayandırıb.