XƏBƏRLƏR / Biznes

Azərbaycan-İraq Biznes Şurası yaradılıb YENİLƏNİB

Bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb

Azərbaycan-İraq Biznes Şurası yaradılıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:03

    Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində iki ölkə arasında Biznes Şurası yaradılıb.

    Bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb.

    Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al Zuheyri imzalayıb.

    ***

    15:16

    Azərbaycan və İraq arasında ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İraq biznes forumunda çıxışı zamanı deyib.

    O bildirib ki, yaradılacaq Azərbaycan-İraq Biznes Şurası hər iki ölkənin KOB-ları arasında işbirliyinin daha da artırılmasında faydalı olacaq.

    “Eyni zamanda, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm yer tutur və Azərbaycan bu sahə üzrə potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsində maraqlıdır”, - deyə Mikayıl Cabbarov əlavə edib.