XƏBƏRLƏR / İctimaiyyət

Araik Arutyunyan saxlanılıb?

Bu xəbəri erməni mənbələri yayıb

Araik Arutyunyan saxlanılıb?
Araik Arutyunyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan mediası Qarabağ separatçılarının rəhbəri olmuş Araik Arutyunyanın da saxlanılaraq Bakıya gətirildiyini yazır.

    Xatırladaq ki, bundan əvvəl Ermənistan KİV-ləri və Azərbaycanda hakimiyyətə yaxın olan mənbələr Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri Arkadi Qukasyanın (1997-2007) və Bako Saakyanın (2007-2020), habelə sonuncu "parlament sədri", daşnak David İşxanyanın saxlanıldığı barədə məlumat yayıb. Onların artıq Bakıya gətirildiyi iddia olunur.

    Lakin Azərbaycanın rəsmi mənbələri hələlik bu məlumatı təsdiq etməyib.