Separatçıların liderləri saxlanılıb?
Azərbaycanın rəsmi mənbələri hələlik bu məlumatı təsdiq etməyib
Ermənistan və Azərbaycan mətbuatı Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri Arkadi Qukasyanın (1997-2007) və Bako Saakyanın (2007-2020), habelə sonuncu "parlament sədri", daşnak David İşxanyanın saxlanıldığı barədə məlumat yayıb. Onların artıq Bakıya gətirildiyi iddia olunur.
Lakin Azərbaycanın rəsmi mənbələri hələlik bu məlumatı təsdiq etməyib.