XƏBƏRLƏR / Hərbi

Arayik Arutyunyan müharibəyə görə dindiriləcək

Lakin Arutunyan həftənin sonunadək qondarma vəzifəsindən istefa verə bilər

Arayik Arutyunyan müharibəyə görə dindiriləcək
Arayik Arutyunyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrda Ermənistan parlamentinin 44 günlük müharibəni araşdırmaq üzrə istintaq komissiyasının iclası keçiriləcək və bu dəfə qondarma rejimin "prezident"i Arayik Arutyunyan dindiriləcək.

     Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

    Arutyunyan iclasda onlayn qaydada iştirak edəcək.

    Qeyd edək ki, bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da komissiyanın toplantısına qatılaraq sualları cavablandırmışdı.

    Eyni zamanda, erməni teleqram kanalları məlumat yayır ki, Arutunyan həftənin sonunadək qondarma vəzifəsindən istefa verəcək.