XƏBƏRLƏR / İdman

Arda Gülər 2032-ci ilədək "Real Madrid"də qalacaq FOTO

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb

Arda Gülər 2032-ci ilədək "Real Madrid"də qalacaq FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.



    Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2032-ci ilin yayına qədər uzadıb.

    Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb.

    Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.

    Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.