Xankəndidə kamandan oxatma yarışlarına start verilib
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün kamandan oxatma yarışları başlayıb.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur.
Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri izləyir.
Qeyd edək ki, kamandan oxatma yarışına oktyabrın 5-də yekun vurulacaq.