Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb
Orxan Hacılı barədə müdafiə tərəfinin vəsatəti təmin edilib
Onun sözlərinə görə, dekabrın 19-da Bakının Yasamal Rayon Məhkəməsi Hacılının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.
"İstintaq 50 gündür davam edir və bu müddətdə Orxan Hacılının həbsdə saxlanılması üçün əsaslar aradan qaldırılıb, ona görə də biz vəsatət qaldırdıq. Məhkəmə bizim vəsatətimizi əsaslı hesab etdi", - Kərimli deyib.
Müsavat Partiyasının rəhbəri Arif Hacılı oğlunun azad edilməsini müsbət fakt adlandırıb.
"Son həbs dalğası Orxanın həbsilə başladı. Ümid edirəm ki, azadlıq dalğası da onun azad edilməsilə başlayacaq", - Arif Hacılı deyib.
Xatırladaq ki, noyabrın 2-də Bakının Yasamal Rayon Məhkəməsi Orxan Hacılını Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti qaydalarının pozulması, sağlamlığa az ağır ziyan vurmaqla) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmək) maddələrilə 2 ay müddətinə həbs edib. O, oktyabrın 11-də başqa avtomobilin sürücüsünün günahından baş vermiş qəza üzrə cəlb edilib.