Qaregin: "Artsax” ermənilər üçün keçmişə çevrilməyəcək!
Bütün ermənilərin katolikosu revanşist fikirlərdən və təxribatlardan əl çəkmir
Bütün ermənilərin katolikosu II Qaregin İsa Məsihin mövlüd günü ilə bağlı dünən İrəvanın əsas kilsəsində keçirilən mərasimdə yenə qondarma “Artsax”dan danışıb. Bu barədə "Spitnik Armenia" məlumat yayıb.
O bəyan edib ki, “Artsax” ermənilər üçün heç vaxt keçmişə çevrilməyəcək.
Qarabağın itirilməsini həzm edə bilməyən katalikos “Artsax” separatçılarına qarşı keçirilən antiterror tədbirləri zamanı onların tək qaldığını xatırladıb. O, “Artsax erməniləri”nin hazırda sərgərdan durumda qaldıqlarını vurğulayıb və erməni diasporunu Azərbaycana qarşı birləşməyə çağırıb.
“Artsax bizim üçün heç vaxt keçmişə çevrilməyəcək, biz onu bundan sonra da qəlbimizdə və ruhumuzda yaşadacağıq, “Artsax xalqı”nın hüquqlarını qorumaq üçün hər cür səy göstərəcəyik”, - II Qaregin bildirib.
Qeyd edək ki, Qareqin mərasimə separatçıbaşı Şaxramanyanı da dəvət edib.