Papa XIV Leo Ankarada Ərdoğanla görüşüb
Bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir YENILƏNIB/FOTO
16:03
Papa XIV Leo Türkiyə Prezidenti Ərdoğanla Ankarada görüşüb.
VİDEO

Katoliklərin mənəvi lideri və Vatikanın rəhbəri Papa XIV Leo prezidentliyinin altı ayı ərzində ilk beynəlxalq səfərini Türkiyəyə edir. Papa üç günlük səfərinə başlamaq üçün Ankaraya gəlib.
Süvarilər qonaq dövlət başçısı Papa XIV Leonu Prezident Kompleksinin qarşısındakı küçədə qarşıladılar və onu rəsmi darvazaya qədər müşayiət ediblər. Ərdoğan Papa XIV Leonu Prezident Kompleksinin əsas girişində qarşılayıb.

Prezident Ərdoğan və Papa XIV Leo mərasim meydançasında yerlərini aldıqdan sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi və 21 top salamı verilib./

***
Papa XIV Leo Türkiyədə.
O, Atatürkün məqbərəsini ziyarət edib.

Sonra Papa İzniki ziyarət edib. Orada 1700 il əvvəl bütün kilsələrdən ibarət bir şura bölgədə yayılan 300 Müqəddəs Kitabdan hansının orijinala ən yaxın olduğunu müəyyən etmək üçün toplanıb. Onlar dördünü seçiblər: Matta, Mark, Yəhya və Luka.
Deyilənə görə, türk arxeoloqları müzakirələrin aparıldığı şuranın yerini aşkar ediblər. İndi orada bir göl var. Papa gedib həmin gölün yanında dua edəcək.
***
13:43
Roma Papası XIV Leo Türkiyədə rəsmi səfərdədir.

Türkiyə mətbuatı xəbər verir ki, onun təyyarəsi Ankara Esenboğa Beynəlxalq Hava Limanına enib.
XIV Leo səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qeyd edək ki, bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir.
1 dəqiqə