XƏBƏRLƏR / Din

İsveçdə yenidən Quranı yandırmağa icazə verilib

Buna cavab olaraq İsveçin Bağdaddakı səfirliyi yandırılıb

İsveçdə yenidən Quranı yandırmağa icazə verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.

    Bu barədə məlumatı TV4 kanalı yayıb.

    Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandıran şəxslərdir.

    Stokholmda hakimiyyətinin razılığı ilə həyata keçirilən Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə soxulublar.

    "Reuters"in verdiyi məlumata görə, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.