XƏBƏRLƏR / Din

Şuşada TDT-nın dövlət din işləri orqanları görüşəcək

Tədbirdə Baş katib və Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan müvafiq qurumların rəhbərləri iştirak edəcəklər

Şuşada TDT-nın dövlət din işləri orqanları görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət din işləri orqanları rəhbərlərinin ilk görüşü keçiriləcək.

    Tədbirdə TDT-nin baş katibi və Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan müvafiq qurumların rəhbərləri iştirak edəcəklər. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşün əsas mövzularından biri TDT daxilində dövlət din işləri orqanları arasında əməkdaşlıq mexanizminin yaradılması olacaq. Bu təşəbbüs koordinasiyanı gücləndirməyə və əməkdaşlıq üçün işçi platforma yaratmağa yönəlib. Görüşün yekununda kommunike imzalanması gözlənilir.