Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar
Builki Həcc ziyarətində təxminən 1,5 milyon müsəlmanın iştirak edəcəyi bildirilir
Bazar ertəsi sübh çağı zəvvarlar Məkkənin qərbindəki müqəddəs Mina dağına axın etməyə başlayıblar və bu, dünya müsəlmanları üçün ən əhəmiyyətli mənəvi səyahətin – Həcc ziyarətinin başlanğıcı olub.
“Saudi Gazette” nəşri xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri builki Həcc ziyarətində təxminən 1,5 milyon müsəlmanın iştirak edəcəyini bildiriblər.
Bazar ertəsi Minaya gələn zəvvarlar müqəddəs yerlər daxilində ziyarətin ilk mərhələsi və Həcc ayinlərinin rəsmi başlanğıcı olan Tərviyə Gününü qeyd edəcəklər.
Tərviyə gününün mənası “Su ehtiyatı toplamaq”dır. Zəvvarlar Ərəfatda xüsusi əməlləri yerinə yetirmək üçün su ehtiyatı görməlidirlər. Həmin günə ona görə tərviyə deyirlər ki, Ərəfat səhrasında su olmadığından, onlara Məkkədən su gətirərdilər. Bu, Ərəfə günü üçün müqəddimədir.
Zəvvarlar, həmçinin Minada beş rükət namazı qısaldılmış şəkildə qılır və Zilhiccə ayının doqquzuncu günü - Günəş doğduqdan sonra Ərəfata yola düşməzdən əvvəl gecəni orada keçirirlər.
1 dəqiqə