XƏBƏRLƏR / Din

İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Sabah bayram namazı qılınacaq

İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

    Dövlət başçısının paylaşımında deyilir: “Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.