XƏBƏRLƏR / Din

Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana gəlib

Bu barədə Rusiya Patriarxının mətbuat xidməti xəbər verib

Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskva və bütün Rusiyanın Patriarxı Kirill bu gün Bakıya gəlib.

    Bu barədə Moskva və bütün Rusiya Patriarxının mətbuat xidməti xəbər verib.

    Heydər Əliyev Hava Limanında Patriarx Kirilli Bakı və Azərbaycan yepiskopu Aleksiy, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev qarşılayıblar.

    Bildirilib ki, mayın 4-də Patriarx Bakıda Müqəddəs Jen Mironosets Katedralında (Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı) liturgiyaya rəhbərlik edəcək.