Bayramla əlaqədar məscidlərdə bayram namazı qılınıb FOTO
Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasına uyğun keçirilir

Martın 30-da Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasına uyğun olaraq bu münasibətlə məscidlərdə bayram namazı qılınıb.
Məscidlərdə qılınan bayram namazında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad olunub, dövlətimizin daha da qüdrətlənməsi, ölkədəki sabitliyin davamlı olması, xalqımızın rifahı üçün dualar oxunub. Allah-Taaladan mərhəmət, rifah dolu və xeyir-bərəkət dilənib.
Uca Yaradan Ramazan ayında tutulan orucları, qılınan namazları, bu müqəddəs gündə edilən duaları qəbul etsin, inşallah. Amin!