XƏBƏRLƏR / Din

Şeyx Papa XIV Leonun şəxsi dəvəti ilə Vatikana gedir

Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib

Şeyx Papa XIV Leonun şəxsi dəvəti ilə Vatikana gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

    Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

    Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

    Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.