Qondarma “Artsax yeparxiyası”na dair qərar
Bu barədə Ermənistan katalikosunun mətbuat xidməti məlumat yayıb
Bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə Ermənistan Ali Ruhani Şurasının iclası keçirilib.
Bu barədə katalikosun mətbuat xidməti məlumat yayıb.
İclasda erməni din xadimlərinin müzakirəsindən sonra belə qərara gəlinib ki, Qarabağ Azərbaycanın nəzarətinə keçsə də, qondarma “Artsax yeparxiyası” ləğv edilməsin.
"Artsax yeparxiyası ləğv edilməyəcək, lakin bəzi funksiyalar dəyişdiriləcək. Bu, ürəyimizdə yenidən Artsaxa qayıtmaq arzusunun olacağı anlamına gələcək", - qondarma “Artsax yeparxiyası”nın rəhbəri yepiskop Vrtanes Abrahamyan bildirib.