XƏBƏRLƏR / Din

Bakıdakı erməni kilsəsi ibadətə açıqdır

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev deyib

Bakıdakı erməni kilsəsi ibadətə açıqdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünyanın heç bir yerində yəhudi, xristian, müsəlman, alban-udi icmasından olan nümayəndə və digər dini etiqad nümayəndələrinin eyni bir məkanda toplaşmasını, birgəlik nümayiş etdirməsini görə bilməzsiniz. Amma bu, bizdə belədir, hər zaman da belə olub.

    Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Komitənin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.

    "Bu siyasət ölkəmizdə hər bir vətəndaş tərəfindən dəstəklənir. Dövlət bütün dini konfensiyalara dəstək nümayiş etdirir, onların ibadət evlərinin bərpası, təmiri və tikintisinə maliyyə ayırır. Bakı şəhərinin mərkəzində erməni kilsəsi var və ibadət edənlər üçün həmişə açıqdır", - sədr müavini əlavə edib.