Bayram namazının vaxtı açıqlanıb
Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı bir gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib.