Papa XIV Leo Rusiyanın Milad atəşkəsini rədd etməsi haqda
Bu barədə məlumatı "Vatican News" nəşri yazıb
Papa XIV Leo bütün xoşməramlı insanları Milad bayramı şərəfinə atəşkəsə riayət etməyə çağırıb— Vatikan News
"Bu günlərdə məni həqiqətən kədərləndirən şeylərdən biri də Rusiyanın Milad atəşkəsi tələbini rədd etməsidir.
Mən bir daha bütün xoşməramlı insanlara - heç olmasa Xilaskarın Doğum günündə - sülh günü qeyd etməyə çağırıram. Çağırışımız eşidilsin və bütün dünyada 24 saat, bir günlük sülh olsun".
Papa XIV Leo Kiyev və Moskvanı birbaşa dialoqa çağırdı.
Papa Vatikanda Milad xeyir-duası zamanı dedi: "Xüsusilə əziyyət çəkən Ukrayna xalqı üçün dua edirik: silah səsləri kəsilsin və beynəlxalq ictimaiyyətin dəstəyi ilə tərəflər səmimi, birbaşa və hörmətli dialoqa girmək üçün cəsarət tapsınlar".
1 dəqiqə