8 noyabr Qələbəsi həm də dini məbədlərin dirçəldilməsidir
Bunu Rusiyanın Ali Müftisi Ravil Qaynutdin jurnalistlərə deyib
Rusiyanın Ali Müftisi Ravil Qaynutdin: Azərbaycanda noyabrın 8-də qeyd olunan Qələbə günü həm də dini məbədlərin canlanmasının və mənzərəli dünyanın bərpasının rəmzidir.
8 noyabr təkcə həqiqətin və ədalətin təntənəsi, işğala son qoyulması, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması deyil, həm də dini məbədlərin dirçəldilməsi və mənzərəli dünyanın bərpası rəmzidir.
Qaynutdin qarşıdan gələn bayram münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib:
"Uca Allaha dua edirəm ki, qardaş Azərbaycan inkişaf etsin, çiçəklənsin".