Erməni keşişindən doğru xəbər
Mikayel Acapanyan hesab edir ki, ermənilər hələ bir millət, hətta xalq kimi belə formalaşmayıblar
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Acapanyan bəyan edib ki, ermənilər hələ bir millət, hətta xalq kimi formalaşmayıb.
“Xalqımızın yaşı 5000 il deyil: biz Vətən hissi olmayan, başqa dövlətlərin hesabına yaşayan qaraçılardan bir az yaxşıyıq, ya da pisik. Biz hələ millət kimi, hətta xalq kimi formalaşmamışıq”. O, ermənilərin xəstəliyini milli lovğalıqda olduğunu vurğulayıb.
“Biz millət olaraq ən aşağı pillədəyik, amma belə düşünmürük ki, biz ruslardan üstün, türklərdən və azərbaycanlılardan isə müqayisə olunmayacaq dərəcədə yüksəkdəyik. Bəs əgər biz yüksəkdəyiksə, o zaman ölkəmiz niyə bu qədər kiçikdir və bu gün niyə bu qədər acınacaqlı vəziyyətdəyik?”.