XƏBƏRLƏR / Din

Roma Papası Fransisk vəfat edib

Bu barədə "Reuters" xəbər verir

Roma Papası Fransisk vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Roma Katolik Kilsəsinin ilk Latın amerikalı lideri Papa Fransisk vəfat edib.

    Bu barədə "Reuters" Vatikana istinadən xəbər verir.

    Qeyd edək ki, Pontifik 89 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk son aylarda pnevmaniya xəstəliyindən əziyyət çəkirdi.

    Roma Katolik Kilsəsinin 266-cı Papasının dəfn mərasimi Müqəddəs Pyotr Bazilikasında keçiriləcək və 9 günlük matəm elan ediləcək.

    Yeni Papa seçilənə qədər Kardinallar Kolleci Vatikanın işlərinə nəzarət edəcək.