Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib
Oktyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstana səfər edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, Şeyxülislam A.Paşazadənin Astanaya səfər çərçivəsində Qazaxıstanın yüksək səviyyəli rəsmiləri ilə, habelə tədbir iştirakçıları ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.
1 dəqiqədən az