Erməni rahibləri Xudavəng monastırını tərk etməlidirlər
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı elan edib
Erməni rahibləri Kəlbəcərdəki Xudavəng monastırını tərk etməlidirlər.
Bu çağırışı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı edib.
"Ermənilərin bununla heç bir əlaqəsi yoxdur. Monastır Qafqaz Albaniyasına məxsusdur və gec-tez onu alban-udi dini icması idarə edəcək", - o, APA-ya açıqlamasında vurğulayıb.