XƏBƏRLƏR / Din

Bakıda Azərbaycan Din Xadimlərinin İkinci Forumu keçirilir

Forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunub

Bakıda Azərbaycan Din Xadimlərinin İkinci Forumu keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dekabrın 24-də Bakıda Azərbaycan Din Xadimlərinin İkinci Forumu keçirilir.

    "Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunub.

    Tədbirin əsas məqsədi dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir.

    Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.

    Forumda “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri təşkil olunacaq.