ABŞ prezidenti Co Bayden Qurban bayramı münasibətilə həm ölkədə, həm də ölkədən kənarda yaşayan müsəlmanları təbrik edib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Qoy Qurban bayramının ruhu qəlblərinizə və evlərinizə sevinc, əmin-amanlıq və birlik gətirsin", - Bayden bildirib.
O, həyat yoldaşı Cill Bayden ilə Qurban bayramını qeyd edən hər kəsə ən xoş arzularını çatdırıb.