XƏBƏRLƏR / Din

Roma Papası xəstəxanadan evə buraxılacaq

Bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri deyiblər

Roma Papası xəstəxanadan evə buraxılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk martın 23-də xəstəxanadan evə buraxılacaq.

    Bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri deyiblər.

    Həkimlər Serxio Alfieri və Luici Karbone artıq 38 gündür xəstəxanada müalicə olunan pontifikin son iki həftədir vəziyyətinin sabit qalmaqda davam etdiyini bildiriblər. Roma Papasında pnevmoniyanın aradan qalxdığı, digər infeksiyalar azaldığı qeyd olunub.

    Papa Fransiski qarşılamaq üçün xəstəxananın qarşısına izdihamın toplanması gözlənilir. O, Vatikandakı Santa Marta iqamətgahına yollanacaq. Roma Papasının kütləvi ziyarətlərdən və sıx fiziki fəaliyyətdən çəkinməsi tövsiyə olunub. Ənənəvi “Angelus” duasının isə yazılı şəkildə ictimaiyyətə açıqlanacağı bildirilib.

    Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.