Şeyx Allahşükür Paşazadə qan verdi
Bu gün Məhərrəm ayının 10-cu günü - Aşura qeyd olunur
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qan verib.
QMİ sədri, dini konfessiya rəhbərləri qanvermə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, bu gün Aşura günüdür. Məhərrəm ayı iyulun 19-da başlayıb. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.