Paşinyan İstanbulda kilsəni ziyarət edib və şam yandırıb
Ermənistan baş nazirinin mətbuat xidməti xəbər verir
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti ilə görüşdən əvvəl İstanbuldakı Müqəddəs Ana kilsəsini ziyarət edib və şam yandırıb.
Maraqlıdır ki, baş nazirin kilsədə olduğu vaxt ərzində bir keşiş belə gözə dəyməyib.
Xatırladaq ki, Paşinyan İstanbulda işgüzar səfərdədir. Axşam isə o, Ərdoğanla görüşəcək.