XƏBƏRLƏR / Din

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə gedib

Şeyxin başçılıq etdiyi heyət Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olaraq

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə gedib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı/27.02.23/Turan: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-də ABŞ-a səfərə gedib. Xəbəri QMİ yayıb.

    Səfər İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə baş tutub. Nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olaraq.

    Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.

    Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Brigham Young Universitetini ziyarət, müəllim heyəti və "Eksperimental Dinlərarası Dialoq" auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəkləri gözlənilir.

    Habelə Yuta Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzində, Yuta Ştatı Dünya Ticarət Mərkəzində, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin Humanitar Mərkəzində də görüşlər olacaq.

    Azərbaycan nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının, Alban-Udi xristian dini icmasının, Azərbaycandakı Katolik icmasının rəhbərləri daxildir.