XƏBƏRLƏR / Din

Həcc ziyarətinin yeni qiymətləri açıqlanıb

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb

Həcc ziyarətinin yeni qiymətləri açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.

    Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

    Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

    Tələb olunan sənədlər:

    1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

    2. Şəxsiyyət vəsiqəsinin surəti;

    3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

    4. Sağlamlıq haqqında arayış.

    Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

    Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.

    Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.