XƏBƏRLƏR / Din

Nyu-Yorkda azana qoyulan qadağa aradan qaldırılıb VİDEO

Nyu-York şəhər administrasiyası bununla bağlı qərar qəbul edib

Nyu-Yorkda azana qoyulan qadağa aradan qaldırılıb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən məscidlərdə səsgücləndiricilərdən azanın səslənməsinə qoyulan qadağa aradan qaldırılıb.

    Nyu-York şəhər administrasiyası bununla bağlı qərar qəbul edib.

    Qərarda qeyd olunub ki, Nyu-Yorkda yaşayan müsəlman icmalarının tələblərini nəzərə alaraq ştatda cümə günləri və Ramazan ayında axşamlar səsgücləndiricilər ilə azanın açıq şəkildə oxunmasına icazə verilir.

    Şəhər meri Erik Adams müsəlman icmalarına müraciətində bildirib ki, müsəlmanlar ştatda inanclarını yaşamaqda azaddırlar və bunun üçün daha öncələr qadağan olunan azan səsi hər cümə günü saat 12:30-13:30 arası eşidiləcək.