XƏBƏRLƏR / Din

İlham Əliyev dini qurumlara maliyyə yardımı etdi

Bu barədə Sərəncam imzalanıb

İlham Əliyev dini qurumlara maliyyə yardımı etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən:

    - Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb;

    -  Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının dini qurumu - 350 min manat;

    - Dağ yəhudilərinin Bakı dini icması - 350 min manat;

    - Avropa yəhudilərinin Bakı dini icması - 350 min manat;

    - Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının dini strukturu - 350 min manat;

    - Azərbaycanın alban-udi xristian dini icması - 350 min manat;

    - Digər qeyri-islam dini icmalarının maddi təminatı məqsədi ilə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna - 350 min manat.