Şeyx Müsəlman Ağsaqqallar Şurasının (MAŞ) iclasına yollandı
Qafqaz Müsəlman İdarəsinin sədri Əbu-Dabi şəhərində keçiriləcək MAŞ-nın 17-ci iclasında iştirak edəcək
Səfər Müsəlman Ağsaqqallar Şurasının (MAŞ) baş katibi Məhəmməd Əbdüssalamın dəvəti ilə həyata keçirilir.
QMİ sədri paytaxt Əbu-Dabi şəhərində keçiriləcək MAŞ-nın 17-ci iclasında iştirak edəcək.
Məlumata görə, A. Paşazadə üzv olduğu qurumun iclasındakı çıxışında hazırda İslam dünyasını narahat edən aktual məsələlər, müsəlman dini liderlərin bu problemlərin həlli istiqamətində rolu barədə fikirlərini bölüşəcək.
Tədbirdə bu il Azərbaycanda keçiriləcək BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransında (COP-29) MAŞ-ın yaxından iştirakı məsələsi də müzakirə ediləcək.
QMİ sədrinin səfər çərçivəsində təşkilatın müxtəlif ölkələri təmsil edən üzvləri ilə görüşləri də planlaşdırılır.