Niderlandda Quranı yandırmaq cəhdi kütləvi davaya çevrilib
“De Telegraaf” qəzeti xəbər verir
Niderlandın Arnhem şəhərində qəzəbli kütlə polis kordonunu yararaq Quranı yandırmağa çalışan radikala hücum edib.
“De Telegraaf” qəzetinin verdiyi məlumata görə, sanksiyalaşdırılan tədbirdə bir neçə polis əməkdaşı da yaralanıb və hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb.
Daha sonra polisə də hücum edildiyi və daş atıldığı məlum olub.
Nəticədə 3 nəfər həbs edilib. Polis yaxın günlərdə daha çox həbslərin olacağını istisna etməyib.