Ölkədə 7 dini qurum ləğv edilib
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov deyib
Dini qurumların dövlət qeydiyyatına alınmasının statistikası açıqlanıb.
Bu statistikanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı açıqlayıb.
Sədr müavini 2009-cu illə müqayisədə 2023-cü ildə qeydiyyatalınmanın iki dəfə çox olduğunu qeyd edib:
"2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurum sayı 1002-dir".
Gündüz İsmayılov ləğv edilən dini qurumların sayının 7 olduğunu diqqətə çatdırıb:
"958 İslam, 37 qeyri-islam təmayüllü dini qurum var".