XƏBƏRLƏR / Din

Azərbaycandan ilk zəvvar qrupu Həcc üçün yola düşdü

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib

Azərbaycandan ilk zəvvar qrupu Həcc üçün yola düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfərlər başlayır.

    İlk zəvvar qrupu Bakı vaxtı ilə saat 05:45-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.

    Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanı saatı ilə saat 08:45-də çatacaqlar:

    “Sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək”.

    Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənəd qəbulu martın 17-dən başlayıb. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur.