İlham Əliyev dini icmalara maliyyə yardımı ayırıb
Prezident bu barədə Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycanda mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, o cümlədən dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə imzalanıb. .
Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək məqsədi ilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan aşağıdakı maliyyə vasaiti ayrılsın:
- Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat,
- Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasınına - 350,0 (üç yüz əlli) min manat,
- Bakı şəhəri dağ yəhudiləri dini icması - 350,0 (üç yüz əlli) min manat,
- Avropa yəhudilərinin Bakı dini icması - 350,0 (üç yüz əlli) min manat,
- Sefarad yəhudilərinin Bakı dini icması - 350,0 (üç yüz əlli) min manat,
- Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası -. 350,0 (üç yüz əlli) min manat,
- Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasına – 350,0 (üç yüz əlli) min manat,
- Azərbaycan Respublikasının Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədi ilə - 350,0 (üç yüz əlli) min manat.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.