Vatikan kardinalları yeni Papa seçə bilmədilər YENILƏNİB
Sikstin kapellasının damından yenə qara tüstü qalxıb

14:45
Müqəddəs Taxt-Tacda yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün keçirilən konklavın (seçki) ikinci günündə iki səsvermə nəticəsiz qalıb.
Sikstin Kapellasına topalaşan 133 kardinalın iştirakı ilə gizli səsvermələr keçirilib. Binanın damında quraşdırılan bacadan çıxan tüstünün rəngi ilə bu səsvermələr nəticəsində yeni Papanın seçilmədiyi məlum olub. Belə ki, bacadan qara tüstü çıxıb. Səsvermə qəti nəticə vermədikdə, bacadan çıxan tüstünün rəngi qara olur. Axşam saatlarında daha iki səsvermə turu keçiriləcək.
Yeni Papa olmağa namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfə səs verəcəklər. Papanın seçilməsi üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyac duyulur. Yeni pontifik seçilərsə bacadan çıxan tüstünün rəngi ağ olacaq.
Hazırda bütün dünyada diqqət yeni Papanın seçiləcəyi bu kritik prosesə yönəlib. Yeni Papanın kim olacağı ilə yanaşı, konklavın neçə gün davam edəcəyi də maraq doğurur.
Növbəti səsvermə təxminən saat 17:30-da (Bakı vaxtı ilə saat 19:30) keçiriləcək.
***
14:00
Yeni Papa seçmək üçün ikinci cəhd uğursuzluqla başa çatdı və Sikstin kapellasının damındakı bacadan yenidən qara tüstü qalxmağa başlayıb.
***
Sikstin kapellasının damından qara tüstü qalxması konklav iştirakçılarının ilk cəhddə Roma Katolik Kilsəsinin yeni rəhbərini seçə bilmədiklərini göstərir. Səsvermə bu gün mayın 8-də davam etdiriləcək.
Katolik kardinalları Vatikanda keçirilən konklavın ilk günündə 267-ci Papanı seçə bilməyiblər. Bunu mayın 7-də çərşənbə günü axşam Sikstin kapellasının damındakı bacadan çıxan qara tüstü sübut edir. İndi kardinallar mayın 8-də Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçkisini davam etdirəcəklər.