Bu gün Azərbaycandan ilk zəvvar qrupu Həccə yola düşür
Bugünkü reyslə 180 nəfər yola salıncaq
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə saat 03:35-də yola düşəcək.
Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib.
Onun sözlərinə görə ilk qrupun tərkibində 180 nəfər zəvvar var: “Bugünkü reyslə 180 nəfər yola salıncaq. Ümumi zəvvarların sayı isə 1500 nəfər olacaq. Havaların istiliyini nəzərə alaraq zəvvarlara xüsusi tövsiyələrimizi çatdırmışıq. Qrupun tərkibində Səhiyyə Nazirliyi ilə razılaşdırlımış şəkildə həkim heyəti də gedəcək və lazım gəldiyi təqdirdə zəvvarları müayinə edəcək. Özümüzlə lazımi dərman preparatları da götürmüşük. Bütün bunlara baxmayaraq, zəvvarlara özlərinə aid müəyyən dərman preaparatlarını, eləcə də təzyiq və istiliklə əlaqədar dərmanlar götürməyi tövsiyə etmişik. Hansı saatlarda əraziyə çıxılacaq, hansı vaxtlarda Kəbəyə gediləcək - bütün bunları çalışırıq ki, qrup halında həyata keçirək”.
Bəxtiyar Nəcəfov yola düşəcək bugünkü və digər zəvvar qrupunun tərkibində şəhid ailələri və qazilərin olduğunu diqqətə çatdırıb.
“Şəhid ailələri Qafqaz Müsəlmanları İdarəsisinin hesabına Həcc ziyarətinə yola salınər”,- o deyib.
QMİ rəsmisi bugünkü heyətdə tanınmış və məşhur şəxslərin olmadığını da diqqətə çatdırıb.