Roma Papası XIV Leo ilk xarici səfərini Türkiyəyə edə bilər
Məlumat Vatikan mediasına istinadən yayılıb FOTO

Vatikan mediasına istinadən xəbər yayılıb ki, yeni Roma Papası XIV Leo ilk xarici səfərini Türkiyəyə edə bilər.
Portalın məlumatına görə, Papa XIV Leo-nun ilk səfər yeri Türkiyənin İznik (Nikaia - yunan) şəhəri ola bilər. Papanın mümkün səfəri Nikea Birinci Ekumenik Şurasının 1700 illiyinə təsadüf edir.
Mərhum Roma Papası Fransisk 2025-ci ildə oxşar hadisə üçün Türkiyəyə səfər etməyi planlaşdırırdı.