XƏBƏRLƏR / Din

Aşura günü qanvermə hansı ərazilərdə təşkil ediləcək?

QMİ-nin mətbuat xidməti siyahını açıqlayıb

Aşura günü qanvermə hansı ərazilərdə təşkil ediləcək?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İyulun 5-də Aşura günündə qanvermə aksiyası təşkil olunacaq məscidlərin adları açıqlanıb.

    QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində yerləşdirilib.

    Bakı şəhəri üzrə:

    1. Yasamal rayonu "Təzə Pir" məscidi

    2. Nəsimi rayonu "Əjdərbəy" məscidi

    3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı

    4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi

    5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi

    6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi

    7. Suraxanı rayonu "Qaraçuxur" məscidi

    8. Binəqədi rayonu "İmam Əli" məscidi

    9. Sabunçu r-n, Bakıxanov qəsəbə "İmam Rza" məscidi

    Regionlar üzrə:

    10. Şuşa şəhər "Yuxarı Gövhər ağa" məscidi

    11. Ağdam şəhər "Cümə" məscidi

    12. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi

    13. Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi

    14. Mingəçevir şəhər "Heydər" məscidi

    15. Sumqayıt şəhər "Cümə" məscidi

    16. Şəki şəhər "İmam Əli" məscidi

    17. Şirvan şəhər məscidi

    18. Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahı

    19. Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi

    20. Masallı şəhər "Cümə" məscidi

    21. Masallı r-n, Boradigah qəsəbə xəstəxanası

    22. Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi

    23. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

    24. Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi

    Naxçıvan Muxtar Respublikası:

    25. Naxçıvan şəhər “Heydər” məscidi

    26. Naxçıvan şəhər “Sarvanlar” məscidi

    27. Naxçıvan şəhər “Pirqəmiş” məscidi

    28. Babək rayon Mərkəzi Xəstəxanası

    29. Babək rayon Qahab kənd tibb məntəqəsi

    30. Babək rayon Cəhri kənd tibb məntəqəsi

    31. Babək rayon Nehrəm kənd tibb məntəqəsi

    32. Ordubad rayon Mərkəzi Xəstəxanası

    33. Culfa rayon Mərkəzi Xəstəxanası

    34. Culfa rayon Bənəniyar kənd tibb məntəqəsi

    35. Şahbuz rayon Mərkəzi Xəstəxanası

    36. Sədərək rayon Mərkəzi Xəstəxanası

    37. Kəngərli rayon Mərkəzi Xəstəxanası

    38. Şərur rayon Mərkəzi Xəstəxanası