İlham Əliyev və Mehriban Əliyeva “Cümə” məscidini açıblar
Nərimanov rayonundakı məscid təmir və əsaslı yenidənqurmadan sonra istifadəyə verilir
Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.