XƏBƏRLƏR / Din

Bu gün Aşuradır

Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur

Bu gün Aşuradır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

    Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək.

    Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçiriləcək.

    Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

    Qeyd edək ki, bu il iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.