Məhərrəm ayı iyulun 19-da daxil olacaq. Məhərrəm ayının 10-u - Aşura günü isə iyulun 28-nə təsadüf edəcək. Sentyabrın 6-da imamların 40 mərasimi bitir. Sentyabrın 16-də isə Səfər ayı başa çatacaq.
Bu barədə ANS Press-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən xəbər verilib.
Aşura günü - iyulun 28-də respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası təşkil olunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qanvermə aksiyası aşağıdakı məscid və ziyarətgahlarda keçiriləcək:
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı;
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı;
Nizami rayonu “Sahib-əz-Zaman” məscidi;
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı;
Suraxanı rayonu Qaraçuxur məscidi;
Yasamal rayonu Təzə Pir məscidi;
Yasamal rayonu Hacı Soltanəli məscidi;
Binəqədi rayonu İmam Əli məscidi;
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.